...

Hadrutda birinci mərhəhələdə 79 ev təmir olunacaq - Emin Hüseynov

Cəmiyyət Materials 9 Oktyabr 2025 15:25 (UTC +04:00)
Hadrutda birinci mərhəhələdə 79 ev təmir olunacaq - Emin Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Hadrut. Trend:

Ümumilikdə Hadrut şəhəri ilə bağlı layihədə mərkəzi yol, komunikasiya xətlərinin çəkilişi, qəsəbənin mərkəzi meydanının bərpa olunması, eyni zamanda birinci mərhəhələdə 79 evin təmir olunaraq insanların ora köçünün təmin edilməsi nəzərdə tutulub.

Trend-in Qarabağ bürosu xəbər verir ki bunu, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.

Onun sözlərinə görə, sentyabr ayının 14-də 10 ailə artıq Hadrut qəsəbəsinə köçüb:

"Biz bu ayın sonuna və növbəti aylarda qalan evlərə də sakinlərin köçünü etməyi planlaşdırırıq. Davamı isə 2026-cı ildə olacaq. Buna oxşar digər kəndlər və rayonlarımızda da artıq bərpa işlərinə başlamışıq. Bu bərpa tam sürətlə davam edir və gələn ildən davam edəcək. Bu ilin sonuna qədər 1552 ailənin öz doğma dədə-baba kəndlərinə qayıdışı gələn il isə iki minə yaxın ola bilər ki bu rəqəm bir az da artsın evlərin və kəndlərin bərpa olunması ilə. Bütün bununla yanaşı Hadrutla yanaşı digər kəndlərdə də infrastruktur təmir işləri aparılır. Beləliklə həm yerli sakinlərin həm iş adamlarının bu ərazilərdə məskunlaşması üçün bu ərazilərdə dövlət tərəfindən lazimi dəstək göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti