...

Rusiya Prezidenti AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir

Siyasət Materials 9 Oktyabr 2025 16:44 (UTC +04:00)
Rusiya Prezidenti AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə.Trend:

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.

Trend xəbər verir ki, o, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.

Xəbər lenti

Xəbər lenti