...

Paytaxtda moped və velosiped oğruları saxlanılıblar

Hadisə Materials 9 Oktyabr 2025 14:59 (UTC +04:00)
Paytaxtda moped və velosiped oğruları saxlanılıblar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək 1500 manat dəyərində mopedinin naməlum şəraitdə oğurlandığını bildirib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Ə.Quliyev müəyyən edilərək saxlanılıb.

Eyni zamanda analoji hadisə Sabunçu rayonunda da baş verib. Ramana qəsəbə sakininin mopedini oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 46 yaşlı Ə.Bayramov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda isə iki nəfərin velosipedini oğurlayan 25 yaşlı Ü.Aslanov, əvvəllər məhkum edilmiş 32 yaşlı K.Dadaşzadə və 25 yaşlı Ü.Aslanov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti