Bakı. Trend:
Gün ərzində çox məzmunlu məruzələr və çıxışlar dinlədik. 3 ildir ki, bu həssas humanitar mövzuya həsr olunmuş konfransa yığışırıq.
Trend xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, qeyd edib ki, konfrans əməkdaşlıq imkanlarının artırılmasında yeni üfüqlər açır. Bu konfrans müddətində Bosniya və Hersoqovina ilə memordum imzalandı:
“Beynəlxalq konfrans həmçinin itkin düşənlərin əzizlərində onların tapılması ilə bağlı yeni ümid yaradır. İnsanlığın bütün istirab və azad qorunmasının bir yolu silahlı münaqişələrin dayandırılmasıdır. Son illər silahlı münaqişələrin artması ciddi narahatlıq yarandan amildir”.
Q.Əhmədov vurğulayıb ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq müharibə cinayətlərinin adi hal alması, mülki insanların vurulması, humanitar məsələlərin siyasiləşdirilməsi ilə bağlı açıq böhran yaşanır:
"Dünyada yeni yanaşamalar və konsepsiyalara ehtiyac var. Bu gün konfransda yekun olaraq bəyanatın layihəsinin qəbulu planlaşdırılır".