Bakı. Trend:
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” futbolçu ilə maraqlanır.
İstanbul klubu oyunçunun keçidini qış transfer pəncərəsində reallaşdırmaq istəyir.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsüm “İnter”in heyətində 6 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Hakanın İtaliya klubu ilə müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.