...

Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 00:31 (UTC +04:00)
Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib.

Trend xəbər verir ki, bu barədə o, finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşdə deyib. Buna səbəb İspaniyanın alyansda Trampın beş faiz müdafiə xərcləri tələbini yerinə yetirməməsidir.

“Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti