...

"Bavariya" 35 milyon avroluq təklif göndərəcək

İdman Materials 9 Oktyabr 2025 13:13 (UTC +04:00)
"Bavariya" 35 milyon avroluq təklif göndərəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Köln"ün futbolçusu Said El Mala Almaniyada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Bavariya" 19 yaşlı vingeri transfer etmək istəyir.

Bundesliqa nəhəngi Almaniya U-21 millisinin üzvü üçün onun klubuna 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Köln" Said El Malanı 2024-cü ilin yayında "Viktoriya Köln"dən 350 min avroya transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti