...

4 şəhərlərarası marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Cəmiyyət Materials 9 Oktyabr 2025 15:16 (UTC +04:00)
4 şəhərlərarası marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Qəbələ, Sumqayıt-Beyləqan, Gəncə - Şəmkir avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Bakı - Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu yol” MMC; Bakı - Qəbələ marşrutu üzrə fiziki şəxs Bəkirov Səxavət Elməddin oğlu; Sumqayıt - Beyləqan marşrutu üzrə fiziki şəxs Talıbov Əliqurban Miri oğlu; Gəncə - Şəmkir marşrutu üzrə hüquqi şəxs "Nur-55" MMC qalib elan olunublar.

"Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti