...

Azərbaycanda fintexlərin inkişafı ilə əlaqədar tənzimləmələrə ehtiyac var - Vençur fondu

İqtisadiyyat Materials 9 Oktyabr 2025 14:24 (UTC +04:00)
Azərbaycanda fintexlərin inkişafı ilə əlaqədar tənzimləmələrə ehtiyac var - Vençur fondu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son üç ildə fintexlər sürət əldə etmişdi. Lakin fintexlərin inkişafı ilə əlaqədar hazırda qeyri-müəyyənliyi müşahidə edirik. Bu tənzimlənməlidir.

Trend xəbər verir ki, bunu “Caucasus Ventures” vençur fondunun baş tərəfdaşı Məmməd Kərim Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

"Bu qədər tənzimlənən bazar olduqda, biz investor kimi narahat oluruq. Yəni, böyüməklə əlaqəli suallarımız olur. Yaxud böyüdükdən sonra yeniliklər istifadəçi bazasını bir gündə 1 milyondan 10 minə sala bilər. Buna görə də bu coğrafiyada fintexə bir az marağımız azalıb", - deyə fond nümayəndəsi vurğulayıb.

"Bir fürsət və problem başqa bir imkanları ortaya çıxarır. Ona görə fintexdən "cybertech"ə, "cybertech"dən isə daha başqa domenlərə baxmağa başlamışıq", - deyə M. Kərim əlavə edib.

Xəbər lenti

Xəbər lenti