...

Bakıda yaşayış evində baş verən partlayışda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Hadisə Materials 9 Oktyabr 2025 09:24 (UTC +04:00)
Bakıda yaşayış evində baş verən partlayışda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

08.10.2025-ci il tarixində saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub",- deyə TƏBİB-dən əlavə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.Hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində müəyyən olunub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ehtimalən qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış baş verib. Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti