Bakı.Trend:
Atam Əhməd Mustafa oğlu Məmmədov 1992-ci ildə 8 may Şuşa şəhərinin işğalı zamanı itkin düşüb. Bugünədək də atamın yolumu gözləyirik.
Trend xəbər verir ki, bu fikirləri İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında l Qarabağ müharibəsində atası itkin düşmüş Sevinc Hacıyeva deyib.
O, qeyd edib ki, torpaqlarımızdan işğaldan azad olunması bizə böyük ümid oldu.
“Atamızın və onum simasında bir çox itkin övladları öz ata-qaradşı, oğlunu gözləyir. Onların taleyinə bir aydınlıq gələcəyi günü gözləyirik”.
S. Hacıyeva deyib ki, bu konftans üçüncü dəfədir ki, Azərbaycanda keçirilir.
“Hər birimizin ümidi bunadır ki, dünyada azərbaycanlıların taleyinə aydınlıq gətirilsin. Bizdən DNT analizləri götürülüb. Hamımız bu analizlərin cavablarını gözləyirik”,- deyə o, əlavə edib.