Bakı. Trend:
ABŞ-də Milli Qvardiyanın 500-ə yaxın döyüşçüsü asayışın qorunması məqsədilə Çikaqo şəhərinə (İllinoys ştatı) səfərbər olunub.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Müxtəlif bölmələrdən olan təxminən 200 Texas Milli Qvardiya hərbçisi və təxminən 300 İllinoys Milli Qvardiya hərbçisi 10-cu Maddə statusu çərçivəsində səfərbər olunub və artıq Çikaqo şəhərini əhatə edən əraziyə çatıb”,- bəyanatda bildirilir.
Qeyd olunur ki, onlar ilkin olaraq 60 günlük müddətə səfərbər olunublar və ABŞ Şimal Komandanlığının (USNORTHCOM) Komandanının əmri və nəzarəti altında fəaliyyət göstərəcəklər.
Bəyanata əsasən, bu qüvvələr Miqrasiya və Gömrük İcraatı Xidmətini (ICE) və digər dövlət qurumlarının əməkdaşlarını, eləcə də federal əmlakı qoruyacaqlar.