...

ABŞ BƏƏ-yə milyardlarla dollarlıq çip ixracına razılıq verdi

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 13:40 (UTC +04:00)
ABŞ BƏƏ-yə milyardlarla dollarlıq çip ixracına razılıq verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton "Nvidia" şirkətinin bir neçə milyard dollarlıq yüksək texnoloji mikrosxemlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracına razılıq verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp may ayında Şərq turnesi zamanı BƏƏ-yə mikrosxem ixracını dəstəkləyib. Tərəflərin sövdələşmənin detallarını qısa müddətdə razılaşdıra biləcəklərinə ümid etmələrinə, "Nvidia"nın təchizatı başlamağa hazır olmasına baxmayaraq, tam razılıq uzun müddət əldə edilməyib.

Qeyd edilir ki, Vaşinqton bu çiplərin Yaxın Şərq ölkələrindən Çinə göndəriləcəyindən ehtiyat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti