...

AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var - Rusiya Prezidenti

Siyasət Materials 9 Oktyabr 2025 16:23 (UTC +04:00)
AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var - Rusiya Prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə.Trend:

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.

Trend xəbər verir ki, dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.

O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti