Bakı. Trend:
Azərbaycan nümayəndə heyətinin Küveytə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytin maliyyə naziri (@MOFKW), elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “X” hesabında yazıb.
“Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq. Ticarət, turizm, ənənəvi və bərpaolunanenerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanlarını qeyd etdik”, - paylaşımda qeyd olunur.