Bakı. Trend:
Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar birbaşa insan sağlamlığına təsir göstərir.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən məhsullar müvafiq təhlükəsizlik standartlarına tam uyğun olmalıdır.
" Yeni qaydalara görə (20 avqust 2025-dən etibarən):
• Qida ilə təmasda olan metal materiallar sağlamlığa zərər
verməməlidir.
• Paslanmayan polad istisna olmaqla bütün metallar qoruyucu örtüklə
təmin edilməlidir.
• Alüminium, çuqun, sink və digər materiallar üçün xüsusi tələblər
müəyyən olunub.
• Etiketlərdə istifadə qaydaları aydın və oxunaqlı
göstərilməlidir.
Bu tələblər sadəcə keyfiyyət göstəricisi deyil, qanuni məsuliyyətdir. Qaydaları yerinə yetirin, məhsulunuzu təhlükəsiz edin, istehlakçı etibarını qoruyun!",- deyə Agentlikdən qeyd edilib.