...

DİN BNMİ Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı (FOTO)

Hadisə Materials 9 Oktyabr 2025 17:10 (UTC +04:00)
DİN BNMİ Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb.

Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb. Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti