Bakı. Trend:
Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər,
Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda
narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin
sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər
bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.