...

Laboratoriyalardan keçən sümüklərə əsasən, 327 şəxsə məxsus sümük qalıqları üzərində onlara həyati xəsarətlər yetirildiyi təsdiqlənib

Cəmiyyət Materials 9 Oktyabr 2025 16:58 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın işğaldan azad edilmiş ərazilərindən Məhkəmə Tibbi Espertiza və Patologiya Birliyinə 800-ə yaxın şəxsə məxsus sümük qalıqları qəbul edilib.

Trend xəbər verir ki, bu fikirləri "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bölməsinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, 2020-ci ildə əzəli Qarabağ torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan xalqı 30 ildən sonra l Qarabağ müharibəsində itkin düşmüş və ya qətlə yetirilmiş soydaşlarımızın sümük qalıqlarının aşkar edilməsi və onların şəxsiyyətlərimin identifikasiya işlərinə başlanması imkanları əldə ettdi.

"Bizim laboratoriyalardan keçən sümüklərə əsasən, 327 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər, küt alətlərlə, güllə və qəlpə yaraları və sair aşkar edilib”.

Ə.Həsənov bildirib ki, sümük qalıqlarının məhkəmə tibbi müayinələri başa çatdıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən xüsusilə sağlam dişlər olmaq şərtilə biloloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Mərkəzinə göndərilir:

"Eyniləşmə prosesi başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir. Bütün bu dövrdə maddi sübutlar hesab edilən bu sümük qalıqları Məhkəmə Tibbi Espertiza və Patologiya birliyinin İkinci Məhkəmə Tibbi Kriminalistika şöbəsində bu məqsədlə yaradılan və xüsusi şəraitlərlə təchiz edilən depolarda saxlanılır."

Ə.Həsənov qeyd edib ki, Qarabağın işğaldan azad edilmiş ərazilərindən hazırda Məhkəmə Tibbi Espertiza və Patologiya birliyinə ümümilikdə 800-ə yaxın şəxsə məxsus sümük qalıqları qəbul edilib.

"187 şəhidimizin meyiti dövlət komissiyasının tövsiyyəsi və iştirakı ilə tərəfimizdən ailələrə təhvil verilib."

Xəbər lenti

Xəbər lenti