Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Mpay" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) icrası məcburi göstəriş verilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması barədə “Mpay” MMC-yə icrası məcburi olan göstəriş verilib", - deyə məlumatda qeyd edilib.