Bakı.Trend:
Cari ilin sentyabr ayının 1-ə olan vəziyyətə görə, Azərbaycanda mikro sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin ümumi məbləği 3,347 milyard manat təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin avqust ayı ilə müqayisədə 59 milyon manat və ya 1,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 465 milyon manat və ya 16 faiz çoxdur.
Belə ki, 2025-ci ilin avqust ayının 1-ə olan vəziyyətə görə, mikrosahibkarlıq subyektlərinə ayrılmış kreditlərin həcmi 3,287 milyard manat, 2024-cü ilin sentyabr ayının 1-ə olan göstəriciyə əsasən isə 2,772 milyard manat təşkil edib.
Qeyd edək ki, cari ilin 1 sentyabr tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının biznes kredit portfeli 15,092 milyard manata çatıb.