Bakı. Trend:
Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirləri iclasda qarşıdan gələn MDB Dövlət Başçılarının Zirvə Toplantısının gündəliyini nəzərdən keçirəcək və MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq da daxil olmaqla, mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.