...

Qəzzaya humanitar yardım apararkən saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib? - RƏSMİ AÇIQLAMA

Siyasət Materials 9 Oktyabr 2025 21:23 (UTC +04:00)
Qəzzaya humanitar yardım apararkən saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib? - RƏSMİ AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti