...

ABŞ və vasitəçilər Qəzzada münaqişənin bitdiyinə zəmanət veriblər - HƏMAS

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 22:52 (UTC +04:00)

Bakı. Trend:

Misir, Qətər və Türkiyə vasitəçiləri, eləcə də ABŞ administrasiyası HƏMAS-a Qəzza zolağında hərbi münaqişənin yenidən başlanmayacağına dair zəmanətlər veriblər.

Trend xəbər verir ki, bunu anklavdakı hərəkatın rəhbəri Xalil əl-Həyyə bəyan edib.

“Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin tamamilə başa çatdığına dair zəmanətlər aldıq”, - deyə Xalil əl-Həyyə vurğulayıb.

Onun sözlərinə görə, razılaşma çərçivəsində İsrail həbsxanalarında ömürlük cəza çəkən 250 fələstinli, müharibənin başlanmasından bəri Qəzzada həbs edilmiş 1700 fələstinli, eləcə də İsrail tərəfindən saxlanılan bütün fələstinli qadınlar və uşaqlar azad ediləcək.

Xəbər lenti

Xəbər lenti