...

Qəzza zolağı hazırda yaşayış üçün yararsız vəziyyətdədir - Tramp

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 05:00 (UTC +04:00)
Qəzza zolağı hazırda yaşayış üçün yararsız vəziyyətdədir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın fikrincə, Qəzza zolağında həyat şəraiti tamamilə yararsızdır, lakin gələcəkdə regionun varlı ölkələrinin dəstəyi ilə bu ərazi yenidən bərpa ediləcək.

Trend xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında səsləndirib.

“Hazırda Qəzza yaşamaq üçün tamamilə yararsız vəziyyətdədir. Bu, dəhşətli mənzərədir, belə bir halı heç kim görməyib. Biz insanların daha yaxşı şəraitdə yaşaması üçün tədbirlər görəcəyik. Zaman keçdikcə Qəzza yenidən qurulacaq. Bu bölgədə çox zəngin ölkələr var və onların sərvətlərinin cüzi bir hissəsi belə Qəzzada möcüzələr yarada bilər. Düşünürəm ki, bəzi güclü və varlı dövlətlər təşəbbüs göstərəcək, böyük investisiyalar qoyacaq və bu problemlərin həllinə töhfə verəcək”, – deyə Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti