...

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşaya səfər ediblər (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2025 17:03 (UTC +04:00)
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Şuşaya səfər ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Ağdərədən sonra Şuşaya səfər ediblər.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçıları Şuşa şəhəri ilə tanış olub, daha sonra onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanasında olub.

Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.

xxx
17:03

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, 9-11 oktyabr tarixlərini əhatə edən konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya kəndində olacaqlar.

Daha sonra onlar Şuşa şəhərinə səfər edəcəklər.

Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.

Xəbər lenti

Xəbər lenti