...

Dubaydan Bakıya brilyant qaşların qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 10 Oktyabr 2025 09:49 (UTC +04:00)
Dubaydan Bakıya brilyant qaşların qanunsuz yolla keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Brilyant qaşların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb:

"Dubay-Bakı aviareysilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti