Bakı. Trend:
İtaliyanın “La Gazzetta dello Sport” nəşri Futbol üzrə Milli Komandalarda ən çox əmək haqqı alan baş məşçilərin siyahısını dərc edib.
Trend xəbər verir ki, siyahıya əsasən Özbəkistan yığmasına baş məşqçi təyin olunan italiyalı futbol mütəxəssisi və keçmiş ulduz müdafiəçi Fabio Kannavaro ilə 4 milyon avro (7,870,000 manat-red) məvacib alacaq.
Kannavaro ən yüksək gəlirli milli komanda məşqçilərinin siyahısında dördüncü pillədədir. Siyahıya Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti (ilə 9 milyon avro) başçılıq edir. İkinci yerdə İngiltərə yığmasında Tomas Tuxel (ilə 5,9 milyon avro) qərarlaşıb. İlk üçlüyü illik 4,9 milyon avro məvaciblə Almaniya millisinə başçılıq edən Yulian Naqelsman tamamlayır.
Qeyd edək ki, Özbəkistan Milli Komandasının baş məşqçisi olan 52 yaşlı Kannavaronun sonuncu iş yeri Zaqrebin “Dinamo” klubu olub.