Xocalı. Trend:
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Oktyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 53 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
xxx
15:10
Oktyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 126 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
xxx
13:43
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə köçürüldü.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ballıca və Təzəbinəyə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə-126 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.