...

Məlumatların arxasında rəqəmlər yox, insanların taleyi durur - Elvin Balacanov

Hadisə Materials 10 Oktyabr 2025 16:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu paneldə təhlükəsizlik və azadlığın necə uzlaşa biləcəyini müzakirə etməyə çalışacağıq. Çünki bu, çox ağır və çətin bir sualdır.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin nümayəndəsi Elvin Balacanov “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

Xidmətin nümayəndəsi bildirib ki, təhlükəsizlik yalnız texnoloji məsələ deyil:

“Təhlükəsizlik — dövlətin, cəmiyyətin, həyatın və insanın özünün qorunması deməkdir. Amma bu qoruma insanın mahiyyətinə toxunmamalı, əksinə, onunla uzlaşmalıdır.

Təhlükəsizliyi azadlığın rəqibi kimi deyil, əksinə, azadlığın mövcudluq şərti kimi qəbul etmək lazımdır. Çünki təhlükəsizliyin olmadığı yerdə azadlıq da davam edə bilməz. Amma unutmayaq ki, təhlükəsizliyin də mərkəzində insan dayanır. Və məlumatların arxasında rəqəmlər yox, insanların taleyi durur. Buna görə də bu paneldə biz daha çox təhlükəsizliyin təmin olunması ilə insan hüquqlarının qorunması arasındakı balansdan danışacağıq”.

E.Balacanov vurğulayıb ki, bu balansı qorumaq, müasir dövrün ən çətin, amma eyni zamanda ən vacib məsələlərindəndir:

“Ola bilsin ki, bu paneldə qəti cavab tapa bilməyəcəyik. Çünki sual çətindir. Amma ümid edirəm ki, bu panel bizi düşünməyə, dəyərləri yenidən qiymətləndirməyə vadar edəcək. Çünki düşünmək, sorğulamaq azadlığın başlanğıcı, təhlükəsizliyə doğru atılan ilk addımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti