...

ING "Brent" markalı neftin 2028-ci ilə qədər qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

Energetika Materials 10 Oktyabr 2025 12:21 (UTC +04:00)
ING "Brent" markalı neftin 2028-ci ilə qədər qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu “Brent” markalı neftin və "Dutch TTF" markalı təbii qazın 2028-ci ilə qədər qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını ictimailəşdirib.

Trend xəbər verir ki, analitiklərin təxminlərinə görə, 2025-ci ildə “Brent” markalı neftin orta illik qiyməti bir barrel üçün 68 ABŞ dolları təşkil edəcək, “Dutch TTF” isə 1 meqavatt/saat üçün 38 avro olacaq. 2026-cı ildə isə “Brent” və “Dutch TTF”in orta illik qiyməti müvafiq olaraq 57 dollar/barel və 1 meqavatt/saat üçün 31 avro təşkil edəcək.

2027-ci ildə Brent markalı neftin illik orta qiymətinin təxminən 62 dollar səviyyəsində qalacağı, Dutch TTF-in qiymətinin isə təqribən 26 avroya enəcəyi gözlənilir.

Xüsusi olaraq vurğulanır ki, 2025-ci ilin üçüncü rübündə “Brent” neftinin qiymətinin bir barel üçün 68 dollar, dördüncü rübdə isə 62 dollar olacağı proqnozlaşdırılır. “Dutch TTF” üçün isə 2025-ci ilin üçüncü rübündə qiymətlərin hər meqavatt-saata görə 33 avro, dördüncü rübdə isə 35 avro səviyyəsində olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti