...

İsrail ordusu sakinləri Misir sərhədinə yaxınlaşmamaq barədə xəbərdar edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 14:41 (UTC +04:00)
İsrail ordusu sakinləri Misir sərhədinə yaxınlaşmamaq barədə xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail ordusu Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra anklav sakinlərini Misirlə sərhəddə yerləşən “Rəfah” sərhəd buraxılış məntəqəsinə və Filadelfiya dəhlizinə yaxınlaşmamaq barədə xəbərdar edib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) rəsmi nümayəndəsi Avixay Edri məlumat verib.

“Atəşkəslə bağlı razılaşmaya uyğun olaraq hərbçilər Qəzzanın müəyyən rayonlarında qalacaqlar. Sizdən israrlı şəkildə xahi edirik ki, onların dislokasiya olunduğu ərazilərə, ələlxüsusu Filadelfiya dəhlizi və “Rəfah” sərhəd buraxılış məntəqəsinə yaxınlaşmayasınız, bu sizin üçün təhlükəli ola bilər”, - Edri öz "X" səhifəsində yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti