...

Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub

Cəmiyyət Materials 10 Oktyabr 2025 09:05 (UTC +04:00)
Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb. Gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də 2 min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb.

O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib.

Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti