...

Tikinti sahəsi üzrə biznes kredit portfeli 8%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Oktyabr 2025 16:14 (UTC +04:00)
Tikinti sahəsi üzrə biznes kredit portfeli 8%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1,459 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 15,5 milyon manat və ya 1% azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 107,3 milyon manat 7,9% artıb.

Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin avqustun 1-nə 1,475 miyard manat, ötən ilin sentyabrın 1-nə isə 1,352 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,7% və ya 206,7 milyon manat artaraq 28,705 milyard manat olub. Kredit portfelinin 15,092 milyard manatı (52,6%) biznes kreditləri, 9,114 milyard manatı (31,7%) istehlak kreditləri, 4,499 milyard manatı (15,7%) isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti