Bakı. Trend:
Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.