...

Biometrik məlumatların qanunsuz istifadəsinə görə məsuliyyət sərtləşdirilməlidir - Şöbə rəisi

Hadisə Materials 10 Oktyabr 2025 16:20 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biometrik məlumatların qanunsuz istifadəsi hallarında cinayət təqibinin aparılması və ictimai maraqların qorunması prokurorluğun əsas funksiyalarından biridir.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

A.Verdiyev bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə hüquqi mexanizmlərin də bu dinamikanı izləməsi zəruridir:

“Bu baxımdan biometrik məlumatların qanunsuz istifadəsinə görə məsuliyyətin sərtləşdirilməsi, müasir beynəlxalq standartların milli qanunvericilikdə əks olunması, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, vətəndaşların bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Şöbə rəisi vurğulayıb ki, Aİ-nin GDPR tənzimləməsi biometrik məlumatların qorunması baxımından çox ciddi tələblər qoyur:

“Biz həmin sistemə üzv olmasaq da, qanunvericiliyimizdə GDPR-in əsas müddəaları nəzərə alınıb. Sadəcə, orada nəzərdə tutulan yüksək cərimə mexanizmləri – məsələn, 20 milyon avroya qədər və ya şirkətin illik dövriyyəsinin 4%-i – bizdə tətbiq olunmur. Lakin inanıram ki, gələcəkdə bizdə də bu sahədə daha sərt mexanizmlər tətbiq ediləcək.

O qeyd edib ki, biometrik məlumatların qorunması təkcə hüquqi məsələ deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir.

Xəbər lenti

Xəbər lenti