...

Azərbaycan "Global Gateway 2025" forumunda nəqliyyat və rəqəmsal infrastrukturun inkişafını müzakirə edib

İqtisadiyyat Materials 10 Oktyabr 2025 17:30 (UTC +04:00)
Azərbaycan "Global Gateway 2025" forumunda nəqliyyat və rəqəmsal infrastrukturun inkişafını müzakirə edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Brüssel şəhərində keçirilən “Global Gateway Forum 2025” forumu çərçivəsində Azərbaycanın da təmsil olunduğu Qara dəniz strateji tərəfdaşlığı üzrə panel keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz “X” səhifəsində məlumat paylaşıb.

“Paneldə Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verdik.”, - deyə yazıda qeyd olunur.

Nazirin sözlərinə görə, paneldə infrastruktur sahəsində Azərbaycanın əldə etdiyi uğurların yalnız milli deyil, eyni zamanda regional davamlılığa xidmət etdiyi vurğulanıb. Xüsusilə Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti