Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər
Səttarovanın əmrinə əsasən, Nasim Abışov Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin
direktoru vəzifəsinə təyin olunub.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nasim Abışov bakalavr təhsilini Bakı Dövlət
Universitetində “kimyaçı, kimya müəllimi” ixtisası üzrə tamamlayıb,
“fiziki kimya” ixtisası üzrə aspirantura təhsili alıb. O, kimya
elmləri üzrə fəlsəfə doktoru, pedaqogika elmləri doktoru elmi
dərəcələrinə sahibdir. Həmçinin Rusiya Təbiət Elmləri
Akademiyasının müxbir üzvü və professor elmi adına layiq
görülüb.
O, müxtəlif illərdə pedaqoji və rəhbər vəzifələrdə çalışıb. Belə
ki, Azərbaycan Dövlət Neft Akademiyasında Fiziki kimya kafedrasında
assistent, H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra
müdiri, tədris hissə müdiri və direktor, Bakı Dövlət
Universitetində “Kimyanın tədrisi metodikası” kafedrasında dosent
və professor olaraq fəaliyyət göstərib.
Nasim Abışov həmçinin 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev
adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru olub.