...

Ağdərədə tapılan skelet qalıqları Azərbaycan Ordusunun bir qrup üzvlərinə məxsusdur - İşçi qrupunun üzvü

Cəmiyyət Materials 10 Oktyabr 2025 13:20 (UTC +04:00)
Ağdərədə tapılan skelet qalıqları Azərbaycan Ordusunun bir qrup üzvlərinə məxsusdur - İşçi qrupunun üzvü
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərədə tapılan skelet qalıqlarının Azərbaycan ordusunun bir qrup üzvlərinə məxsus olduğu bildirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov Ağdərədə jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, gördüyünüz kimi, bura çox əlverişlli döyüş mövqeyi olub: "Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndlərini tam nəzarətdə saxlamaq olar. Bu yüksəklik dəfələrlə əldən-ələ keçib. Son döyüşdə 1993-cü ilin yanvar ayında şahidlərin ifadəsinə görə, Azərbaycan Ordusunun bir qrup hərbçisi burada həlak olub".

Onun sözlərinə görə, axtarışlar zamanı burada ilkin olaraq 10 və daha artıq insan qalıqları aşkarlanıb.

"Burada axtarış işlər davam edəcək. Qalıqlar götürüldükdən sonra alt səthi yoxlanılacaq. İstisna olunmur ki, bu say artsın", - Z. İsmayılov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti