Bakı. Trend:
Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatına görə, zəlzələnin episentri Mati şəhərindən 60 km şimal-şərqdə yerləşib, ocağı isə 62 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.