...

Gəncədə güclü külək yolun bağlanmasına səbəb olub (FOTO)

Hadisə Materials 10 Oktyabr 2025 17:26 (UTC +04:00)
Gəncədə güclü külək yolun bağlanmasına səbəb olub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün səhər saatlarında Gəncə şəhərində əsən güclü külək nəticəsində 6 iri gövdəli ağac aşıb.

Trend xəbər verir ki, aşan ağaclardan biri qaz xəttini zədələyib.

Hadisə baş verən ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb. Digər ağac isə müvəqqəti olaraq yolun bağlanmasına və bir işıq dirəyinin zədələnməsinə səbəb olub.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən aşan ağacların doğranaraq ərazidən daşınması təmin edilib.

Hazırda Gəncə şəhərində küləyin sürəti zəifləyib, hava şəraiti sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti