...

Filippində əhali kütləvi təxliyə olunur

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 11:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin prezidenti Ferdinand Markos bu gün baş vermiş güclü zəlzələdən sonra sahilyanı yaşayış məntəqələrində yerləşən əhalinin təxliyə olunması ilə bağlı sərəncam verib.

Trend xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Mən təbii fəlakətlərdən yaranan təhlükələrin azaldılması və aradan qaldırılması üzrə Milli Şuraya, mülki müdafiə idarəsinə, silahlı qüvvələrə, Filippin sahil mühafizəsinə və prosesə cəlb olunan bütün qurumlara dərhal sahilyanı ərazilərdə təxliyə aparmağı, təcili rabitə xətlərini aktivləşdirməyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməyi tapşırmışam”, – deyə o bildirib və vətəndaşlara sunami təhlükəsiz ləğv edilənədək hündür yerlərdə qalmağı, sahildən uzaq durmağı tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 10-da Filippin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Bunun fonunda Filippin və İndoneziya sahillərində sunami təhlükəsi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti