...

İşdən qanunsuz çıxarılmış 56 nəfər əvvəlki işlərinə bərpa etdirilib - RƏSMİ

Cəmiyyət Materials 10 Oktyabr 2025 11:19 (UTC +04:00)
İşdən qanunsuz çıxarılmış 56 nəfər əvvəlki işlərinə bərpa etdirilib - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İşdən qanunsuz çıxarılmış 56 nəfər əvvəlki işlərinə bərpa etdirilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

"Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 56 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti