...

Finlandiyalı deputatlar qeyri-adi təlimlərdə iştirak edəcəklər

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 16:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya parlamentinin üzvləri ilk dəfə olaraq fövqəladə vəziyyətlərdə yeraltı məkanlardan fəaliyyətlə bağlı hazırlıq keçəcəklər. Təlimlərin noyabr ayına planlaşdırıldığı bildirilir.

Trend xəbər verir ki, bu barədə fin deputat Paula Risikko yerli mətbuata verdiyi açıqlamada deyib.

Deputat bildirib ki, hazırlıq tədbirlərinin keçirilməsinə ehtiyac milli təhlükəsizlik sahəsində dəyişən şəraitlə əlaqədardır. O həmçinin qeyd edib ki, təlim fövqəladə hallarda, o cümlədən hərbi əməliyyatlar zamanı davranış qaydalarının öyrənilməsi məqsədilə təşkil olunacaq.

Deputatın sözlərinə görə, ölkədə bu cür şəraitə hazırlıq Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra daha da fəallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti