...

ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını verib

İqtisadiyyat Materials 10 Oktyabr 2025 10:35 (UTC +04:00)
ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarını ictimailəşdirib.

Trend xəbər verir ki, sənədə əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatında 1,5 faiz, 2026-cı ildə isə 2,8 faiz artım olacaq, 2027-ci ildə isə iqtisadi artım templərinin 2 faizə qədər yavaşlayacağı gözlənilir.

ING-nin qiymətləndirməsinə əsasən, 2025-ci ilin üçüncü rübündə Azərbaycanın ÜDM artımı sabit qalacaq, dördüncü rübdə isə 3 faizə qədər sürətlənəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 83,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb.

Əlavə dəyərin strukturunda 34,9 faiz sənayenin, 10,3 faiz ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,1 faiz nəqliyyat və anbar təsərrüfatının, 6,3 faiz kənd, meşə təsərrüfatı və balıqçılığın, 6,3 faiz tikintinin, 2,8 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,8 faiz informasiya və rabitə sahəsinin, 20,7 faiz isə digər sahələrin payına düşüb.

Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib, adambaşına düşən ÜDM isə 8111,3 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti