...

Tokayev MDB ölkələrinə Xəzərin qorunması üzrə təşəbbüsə qoşulmağı təklif edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 14:14 (UTC +04:00)
Tokayev MDB ölkələrinə Xəzərin qorunması üzrə təşəbbüsə qoşulmağı təklif edib
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan MDB ölkələrini Xəzərin qorunması ilə bağlı təşəbbüsə qoşulmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxışda danışıb.

“Fövqəladə iqlim və texnogen vəziyyətlərin proqnozlaşdırılması üzrə Regional Mərkəz yaradaraq səylərimizi birləşdirməyi təklif edirik. Xəzər dənizinin sürətlə səthinin azalması ciddi narahatlıq doğurur. Əslində, bu artıq regional yox, qlobal problemdir. Buna görə də, bizim təşəbbüsümüzlə hazırlanmaqda olan Xəzərin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqrama qoşulmağı təklif edirik. Bu qədər vacib sənədin hazırlanmasına, Xəzər hövzəsi ölkələrindən əlavə, bütün maraqlı dövlətlər və beynəlxalq təşkilatlar cəlb edilə bilər”,- Prezident əlavə edib.

Tokayev ekoloji təhdidlərin, təbii fəlakətlərin və texnogen qəzalarn MDB ölkələrinin dayanıqlı inkişafı üçün ciddi risk yaratdığını söyləyib. O, bu cür böhranların erkən aşkar edilməsi və qarşısının alınması üçün effektiv alətlərin istifadəsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti