Bakı.Trend:
Süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX tərəfindən nəzarətdə saxlanılır. Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir.
Trend xəbər verir ki, bu fikirləri “Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) konfrasının panel müzakirələri zamanı DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov deyib.
D.Rüstəmov bildirib ki, əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir:
"Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib.Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.