...

Düşənbədə Prezident İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 10 Oktyabr 2025 10:00 (UTC +04:00)
Düşənbədə Prezident İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə. Trend:

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Trend xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi.

Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti