...

Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur - Səfir

Siyasət Materials 10 Oktyabr 2025 18:01 (UTC +04:00)
Füzulidə məscidin inşası Qarabağın Azərbaycana məxsus olmasının sübutudur - Səfir
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli şəhərində məscidin təməlqoyma mərasimi mühüm simvolik əhəmiyyət daşıyır və türk xalqlarının birliyi və qardaşlığının parlaq təzahürüdür.

Trend-in xəbərinə görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ölkəsinin Füzuli şəhərində Azərbaycan xalqına hədiyyəsi olan məscidin təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammiti çərçivəsində baş tutan məscidin təməlqoyma mərasimi təkcə türk dünyası üçün deyil, bütün İslam aləmi üçün əhəmiyyətli bir hadisə olub.

“Füzulidə məscidin təməlinin qoyulması Qarabağın Azərbaycan Respublikasına məxsusiyyətinin bərpasını simvolizə edir. Əminəm ki, gələcəkdə bu məscid türk xalqları arasında dostluq və qardaşlığın simvoluna çevriləcək,” – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti