Bakı. Trend:
Bu gün bu il üçün Nobel Sülh Mükafatını qazanacaq şəxs və ya təşkilatın adı elan ediləcək.
Trend xəbər verir ki, 2025-ci il üzrə mükafata ümumilikdə 338 namizəd irəli sürülüb. Onlardan 244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır.
ABŞ Prezidenti Donald Tramp da namizədlər siyahısına daxildir. O, Barak Obamadan 16 il sonra (2009-cu ildə) Nobel Sülh Mükafatını qazanan növbəti ABŞ prezidenti olmağa çalışır.